İspaniya milli komandasının qapıçısı İker Kasilyas mütləq rekorda imza atıb. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qolkiper yığmada 166-cı oyununa çıxıb.
O, Rumıniya ilə yoldaşlıq görüşündə start heyətində meydana daxil olub. Bununla da Kasilyas oyun sayı üzrə Avropa ölkələrinin milli komandalarının futbolçuları arasında vahid liderə çevrilib.
Qeyd edək ki, əvvəlki rekord 1992 - 2010-cu illərdə Latviya millisində çıxış etmiş yarımmüdafiəçi Vitali Astafyevə məxsus olub. Azərbaycanlı futbolçular arasında isə bu göstəricidə Rəşad Sadıqov öndədir. Martın 26-da Qazaxıstanla yoldaşlıq görüşü Sadıqov üçün 102-ci oyun olub.








































































