İngiltərə milli komandasının və "Stok Siti"nin qapıçısı Cek Batlent AVRO-2016-nın final mərhələsində iştirak edə bilməyəcək. Sportnet.az-ın məlumatına görə, 22 yaşlı qolkiper Almaniyanı səfərdə 3:2 hesabı ilə yendikləri yoldaşlıq görüşündə zədələnib.
İlk yarının sonlarında topuğundan xəsarət alan Batlendin 3 ayadək sıradan çıxdığı müəyyənləşib. Bu isə o deməkdir ki, gənc qapıçı iyunun 10-da Fransada start götürəcək Avropa çempionatından kənar qalacaq.







































































