İngiltərənin "Vest Hem" klubu hazırda Fransa PSJ-sində forma geyinən Zlatan İbrahimoviçlə anlaşa bilər. Sportnet.az-ın məlumatına görə, klubun sahiblərindən olan David Sullivan bu barədə açıqlama verib.
O, İbranı yeni mövsümdən heyətlərində görmək istədiklərini deyib: "Siyahıda Avropanın hər tərəfində çıxış edən 10 futbolçunun adı var. Transferə ayırdığımız məbləğin böyük hissəsini hücum xəttinin gücləndirilməsinə sərf etməyi planlaşdırırıq. Bizə gəlmək istəyəcəyini dəqiq bilmirəm. 34 yaşı olmasına baxmayaraq möhtəşəm bir futbolçudur".









































































