
Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü Vyaçeslav Karavayev azərbaycanlı həmyaşıdları ilə matçdakı nəticədən hələ də üzgündür. Sportnet.az-ın məlumatına görə, Çexiyanın "Yablotens" klubunda çıxış edən müdafiəçi Almaniya yığması ilə bugünkü rəsmi oyuna son matçdakı uğursuzluğu unutdurmaq kimi baxır.
Karavayevin fikrincə, Azərbaycan üzərində qələbə qazana bilmədiklərinə (2:2) görə azarkeşləri qarşısında bəraət qazanmalıdırlar: "Azərbaycan yığmasına qalib gəlməmək üzücü idi. Buna görə Almaniya ilə oyunda həmin matçdan fərqli oynayıb özümüzü doğrultmağa çalışacağıq. Almaniya kimi rəqiblə oynamaq həmişə xoşdur. Əlbəttə, motivasiya baxımından problem yoxdur”.
Karavayev yığmamızla Rostovdakı oyunda 90 dəqiqə meydanda olub.