Portuqaliyalı baş məşqçi Joze Mourinyo yenidən İspaniya "Real Madrid"ini çalışdıra bilər. Sportnet.az-ın məlumatına görə, bu iddia ilə İngiltərənin "Daily Mirror" nəşri çıxış edib.
Bildirilib ki, Madrid təmsilçisi Çempionlar Liqasında çıxışını dayandırarsa, klub prezidenti Florentino Perez bu addımı atacaq.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2010-2013-cü illərdə "Real Madrid"də çalışıb.