
17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi zamanı maraqlı olay yaşanıb. Püşkü çəkməmişdən öncə söz alan İtaliya yığmasının sabiq qapıçısı Françesko Toldo Bakıya əvvəllər də səfər etdiyini xatırladıb.
O, 2002-ci il sentyabrın 7-də Azərbaycan millisi ilə AVRO-2004-ün seçmə qrup matçında qarşılaşdıqlarını xatırladıb. Lakin o, hesabı düz deməyib. Toldo 2:0 yox, 1:0 hesabı ilə qalib gəldiklərini bildirib.
Müğənni Röya Ayxan isə bildirib ki, çempionatın səfiri olmaq onun üçün həm çox böyük şərəf, həm də məsuliyyətdir.