Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Bakıda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, mayın 5-də Bakı Olimpiya Stadionundakı açılış mərasiminin ardından Azərbaycan və Portuqaliya yığmaları azarkeşlər önünə çıxacaq.
Təbriz Həsənovun baş məşqçi olduğu komanda mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda yer alıb. Avropa çempionatı mayın 21-dək davam edəcək.