1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Quliyev: "Qəbələ"nin tarixinə düşdüyümüz üçün çox sevincliyəm" - MÜSAHİBƏ
"Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ramin Quliyevin Sportnet.az-a müsahibəsi
- İlk öncə çempionluq münasibətilə təbrik edirəm. Bunda qələbənizlə yanaşı, ən yaxın izləyiciniz "Sumqayıt"ın xal itirməsinin də rolu oldu. Turu necə şərh edərdiniz?
- Təbrikə görə minnətdaram. Sözün düzü, "Sumqayıt"ın xal itkisi gözlənilməz odu. Sadəcə, bizə bu turda qalb gəlmək lazım idi ki, çempionluq vəzifəsini böyük ölçüdə həll edək. Çünki bu halda qızıl medalçı olmaq üçün biz qalan 4 turda 1 xal da kifayət edirdi. Çempionluq elə bu turda gəlməsi daha sevindirici oldu. Belə deyək ki, "İnter" bunu bizə hədiyyə etdik. "Neftçi"ni 3:0 hesabı məğlub etdik və sona 4 tur qalmış çempionluğumuzu rəsmiləşdirdik.
- Bu, "Qəbələ"nin əvəzedicilərinin tarixində ilk çempionluq oldu...
- Bəli, bu, aşağı yaş qruplarını nəzərə almasaq, "Qəbələ"nin peşəkar klub olaraq ilk çempionluğudur. Bunu biz yaşatdığımız üçün çox sevincliyik. Ən azı ona görə ki, "Qəbələ"nin tarixinə düşdük.
- Əvəzedicilərdə nəticə əsas məqsəd olmasa da, hər halda, qarşınıza çempionluq olmaq vəzifəsini qoymamış olmazdınız...
- Rəhbərlik də bizimlə söhbətdə bildirmişdi ki, əsas komandaya futbolçu verəcəyimiz halda bu, bizim üçün artıq çempionluq idi. Sadəcə, məsələ yanaşma belə oldu. Ancaq eyni zamanda məsələyə belə yanaşırsansa, işin yaxşı gedirsə, çempionluq artıq gəməlidir. Futbolçularımız Ehtiram Şahverdiyevin, Roman Hüseynovun əsas komandada olması da bizim üçün böyük fərəhdir. Həm çempionluq olduq, həm də əsas komandaya futbolçu verdik. Bu, bizim üçün ikiqat sevindiricidir.
- Onu da nəzərə alaq ki, siz əvəzedici heyətdə debüt mövsümündə çempionluq qazandınız...
- Bu, mənim üçün ikiqat sevindirici oldu. "Qəbələ"də məşqçilik fəaliyyətimdə 3-cü komandada çalışmışam. İlk olaraq U-12 ilə işlədim. Finalda "Neftçi"yə uduzaraq gümüş medalçı oldum. Ötən mövsüm çalışdırdığım U-17 komandası ilə həm çempion, həm də kubokun qalibi olaraq "qızıl dubl" etdik. Bir şeyi da nəzərə almaq lazımdır ki, komandamız 6-cı turdan sonra axırıncı - 10-cu yerdə olsa da, sonda vəziyyətin tam olaraq öz xeyrinə dəyişdirə bildi. Deməli, əvəzedici heyətimizdə xarakter də var, qələbə istəyi də. Deyərdim ki, "Qəbələ"nin bu yaş qrupunda futbolçuları Azərbaycanda öz yaşıdları arasında ən güclüdürlər. Bunu həm oyunu, həm də nəticə ilə sübut etdilər.
- Çempionluğa nail olmaq nə dərəcədə çətin oldu? Mövsümə çox uğursuz başlayan komanda üçün dönüş nəqtəsi nə oldu?
- İlk olaraq komandaya güclü olduğunu inandırmaq lazım idi. Çempionatın əvvəlində yaxşı oyunlar keçirsək də, məğlub olurduq. Bunun ardının uğurla gələcəyi gözlənilirdi. Komanda "qara zolaq"dan çıxmalı idi. Bunun üçün futbolçularına özlərinə inandırmaq lazım idi ki, ona da nail ola bildik. Komanda bunu bacardı. Böyük işdir bu. Kimin üçünsə adi görsənə bilər. Ancaq 10-cu yerdən gəlib 32-ci turda rəsmən çempion ola bilirsə, bu, böyük nəticədir, böyük nailiyyətdir.
- "Qəbələ"nin əvəzedicilərini 3 il baş məşqçisi olan ispaniyalı Luis Araqon çempion ola bilmədi. Ondan gənc, təcrübəsi az Ramin Quliyev isə buna nail oldu. Nəyi dəyişdirə bildiniz, uğurun bir sirri varmı?
- Luis Araqonun işinə qarışmaq istəmirəm. Özümlə bağlı olan dövrü dəyərləndirə bilərəm. Mən gələndə komandaya böyük nəsə bir dəyişiklik etmədim. Sadəcə olaraq, futbolçulara baş məşqçinin inamımı artırdım, onların arxasınca durduğumu, inandığımı hər bir hərəkətimlə sübut etdim. Futbolçular da bunun qarşılığında çempionluq nailiyyətinə imza atdılar. Futbol səhvlərin üzərində qurulan oyundur. Komanda səhvlərini düzəldib düşdüyü çətin vəziyyətdən çıxa bilirsə, bunun özü böyük bir şeydir. Futbolçularımıza həm uğursuz, həm də uğurlu günlərdə onu inandırdım ki, siz bu gün Azərbaycanın ən güclülərisiniz. Düzdür, məşqlərimiz bir az dəyişiklik olurdu, intensivlik artırdı, sərbəstlik verirdi. Məncə, çempionluq bütün bunlara görə oldu.
- Futbolçu kimi də, məşqçi kimi çempionluq sevinci yaşamısınız. Bu çempionluq onlarla müqayisədə xüsusi yeri tuturmu?
- Ümumən götürəndə çempion olmaq çox sevindirici bir haldır. Futbolçu, U-17-nin məşqçisi olmağımıza baxmayaraq, "Qəbələ"nin əvəzedici heyəti ilə klubun tarixinə qızıl hərflərlə düşməyin özü çox sevindiricidir. Bu, mənim üçün böyük bir nailiyyətdir. Çox xoş təəssüratlar yaradır. "Qəbələ"də 3 illik fəlaiyyətimdə 2 qızıl, 1 gümüş medal və 1 kubok qazanmışam. Artıq ikinci komandada debüt mövsümündə çempion oluram. Ancaq bütün bunlar məni rahatlaşdıra bilməz. Bunlar görülən işlər olsa da, hələ böyük işlər deyil. Böyük işlər əsas komandada olan işlərdir. Hər bir məşqçi əsas komandada işləmək istəyir. Sadəcə, başlanğıcda özüm üçün normal nəticə hesab edirəm.
- Yeri gəlmişkən, hər bir məşqçi əsas komandada işləməyi çox arzulayır. Bu perspektivi necə görürsünüz?
- Əlbəttə, hər bir işi bu gün üçün çalışmırıq. Biz də istəyirik ki, əsas komandalarda məşqçi işləyək, özümüzü sübut edək, bizim də olduğumu bildirək. Sadəcə, nə vaxt buna imkan olarsa, onda məşqçiliyimizi edəcəyik. Nə vaxt məsləhət görərlər, nə vaxt əsas komandaya hazır olduğumuzu məsləhət bilərlər, orda da nailiyyətlərimizin olması üçün əlimizdən gələni edirik.
- Çempionluqda hücumçularınız Ehriram Şahverdiyevlə Ramil Həəsnovun də rolu böyük oldu. "Qəbələ" əvəzedicilərinin çempionatında bombardirlər yarışında da liderdir...
- Bu, çox sevindiricidir. Həm də o sevindiricidir ki. Ehtiram artıq əsas komandaya cəlb olunur. O, çempion olmağımız üçün böyük işlər gördü. Şahverdiyev 20 qolla 1-ci, Ramil Həsənov 17 qolla 2-dir. Göründüyü kimi, bu 2 hücumçu ümumilikdə 37 qol vurub və çempionlqu rolunda böyük əməkləri olub. Meydanda hər bir şeyi edən futbolçulardır. Çempionluq yolunda hamının az-çox zəhməti var.
- Nəticə baxımından əhəmiyyət kəsb etməyən 4 turda məqsəd nə olacaq?
- U-19 komandamızdan götürdüyümüz futbolçulara daha çox şans verməyə çalışacağıq. Çünki bildiyiniz kimi, çempion olan "Qəbələ"nin 19 yaşlıları Çempionlar Liqasında oynayacaqlar. Bununla da onlara əvəzedici heyətin həyəcanını yaşamaları üçün daha çox şans vermək fikrindəyik. Gələn ilin komandasını yavaş-yavaş qurmaq istəyirik. Bilinsin ki, futbolçulardan kimlər əsas komandaya, kimlər başqa klublara icarəyə yollansın.