Bu gün "Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə yeni müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, Turin klubu 48 yaşlı italiyalı mütəxəssis anlaşmasını 2018-ci ilin iyunun 3-dək uzatdığını rəsmən açıqlayıb. Əvvəlki müqavilə 2017-ci ilin yayında bitirdi. Alleqri yeni müqaviləylə mövsümdə 5 milyon avro qazanacaq.
Alleqri 2014-cü ildən çalışdırdığı "ağ-qaralar"la 2 dəfə ölkə çempionu və ölkə kubokunun qalibi olub.