Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında bu gün 2-ci turun son 4 qarşılaşması oynanılacaq. Sportnet.az-ın məlumatına görə, görüşlər Bakı Olimpiya Stadionu və "Azərsun Arena"da baş tutacaq.
Əvvəlcə C qrupunun görüşündə Danimarka İsveçlə üz-üzə gələcək. Oyunun 4-cü hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayev olacaq. Bu matçın ardından D qrupunun İtaliya - Hollandiya və digər FİFA referisi Orxan Məmmədovun 4-cü hakim funksiyasını yerinə yetirəcəyi Serbiya - İspaniya matçları keçiriləcək.
Tura C qrupunun Fransa - İngiltərə qarşılaşması ilə yekun vurulacaq.
Avropa çempionatı, 2-ci tur
C qrupu
Danimarka - İsveç - 1:0
Qol: Bux Yensen, 80+3
Baş hakim: Mitya Jqanets (Sloveniya)
Bakı Olimpiya Stadionu
Fransa - İngiltərə - 0:2
Qollar: Ben Morris, 15, Reyss Nelson, 43
Baş hakim: Fran Yoviç (Xorvatiya)
"Azərsun Arena"
Xallar: Danimarka - 4, İsveç - 3, Fransa - 1, İngiltərə - 0.
D qrupu
İtaliya - Hollandiya - 0:1
Qol: Çe Nunneli, 78
Qırmızı vərəqə: Moise Kin, 80 (İtaliya)
Baş hakim: Bartoş Frankovski (Polşa)
"Azərsun Arena"
Serbiya - İspaniya - 1:1
Qollar: Deyan Yovelyiç, 59-penalti ilə - Abel Ruis, 4
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Bakı Olimpiya Stadionu
Xallar: İspaniya - 4, Hollandiya - 3, İtaliya - 3, Serbiya - 1.