Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinal və final görüşlərinin yeri dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, final matçı "Bakcell Arena"da keçiriləcək.
Yarımfinal mərhələsinin görüşləri isə "Dalğa Arena"da baş tutacaq. Dəyişikliklər UEFA-nın tövsiyəsi əsasında gerçəkləşib.
Qeyd edək ki, ilk olaraq bu mərhələnin oyunlarının Bakı Olimpiya Stadionunda keçiriləcəyi açıqlanmışdı.