1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev və Azad Rəhimov milli ilə görüşdü
AFFA prezidenti Rövnəq Abdullayev və gənclər və idman naziri Azad Rəhimov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, görüş Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsində Şotlandiya yığması ilə oyundan sonra paltardəyişmə otağında baş tutub.
R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçuları təbrik edib, ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən milliyə təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan millisi 3 oyundan 4 xal toplayaraq A qrupunda 3-cü yerdə qərarlaşıb və qitə turnirində mübarizəni dayandırıb. Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın aktivində bir məğlubiyyət (Portuqaliya, 0:5), bir heç-heçə (Belçika, 1:1) və bir qələbə var (Şotlandiya, 1:0)