1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rednikin komandası kuboku itirdi - VİDEO
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik Buxarest "Dinamo"su ilə Rumıniya Kubokunda final matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi ÇFR-lə üz-üzə gəlib.
Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə nəticələnib. İlk yarıda "Dinamo" öndə olsa da, fasilədən sonra ÇFR bərabərliyi təmin edib. Əlavə vaxtda tərəflər fərqlənə bilmədiklərindən, matçın taleyi penaltilər seriyasında həll olunub. Bu zaman ÇFR 5:4 hesabı ilə qalib gəlib və kuboka yiyələnib. Qalib komandanın heyətində vaxtilə Rednikin rəhbərliyi altında "Xəzər Lənkəran"da çıxış etmiş Andrey Mureşan da yer alıb. O, 90 dəqiqə meydanda olub və sarı vərəqə ilə "fərqlənib". Lənkəran klubunun daha bir sabiq futbolçusu Adrian Skarlatake isə bu mövsüm "Astra"da Rumıniya çempionluğu əldə edib.
Beləliklə, Mirça Rednik 2006-2007 mövsümündə "qızıl dubl" etdiyi Buxarest "Dinamo"suna bu dəfə titul qazandıra bilməyib. "Dinamo" Rumıniya çempionatını 4-cü pillədə başa vurub. Rednik "Xəzər Lənkəran"a 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək rəhbərlik edib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında cənub təmsilçisi 2010-2011 mövsümündə Azərbaycan Kubokunu qazanıb.