"Qəbələ"nnin rusiyalı sabiq baş məşqçisi Yuri Syominin yeni iş variantı gündəmə gəlib. Sportnet.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssisin Moskvanın "Dinamo" klubunun baş məşqçisi postunda namizəd olduğunu bildirib.
Syomin karyerasını yenidən bu komandada davam etdirməklə bağlı məlumatı şərh edib: ""Dinamo"nun mənə marağı varmı? Heç nəyi şərh etməyəcəyəm. Çünki müxtəlif informasiyalar üzə çıxır. Əgər müxtəlif şayiələri şərh etsəm, onda bütün gün də çatmaz! Mənə hazırda klubların hansısa təklifin olması haqda da heç nə deməyəcəyəm. Qarşıdakı planım Çempionlar Liqasının final oyununu izləməkdir".
Xatırladaq ki, son iş yeri cari mövsümdə "Anji" olan Syomin 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçi olub və komandaya bürünc medal qazandırıb.