1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İspaniya yığmasının kapitanı: "Bunu nümayiş etdirəcəyik"
"Maraqlı oyun olacaq. Bütün azarkeşləri bu oyunu izləməyə dəvət edirəm". Sportnet.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət İspaniya yığmasının kapitanı Manu Morlanes deyib.
Morlanes Bakıda keçirilən Avropa çempionatının finalında Portuqaliya ilə baş tutacaq görüş haqda bunları bildirib: "Kuboku qaldırmaq üçün ilk növbədə həm fərdi, həm də komanda şəklində öz üzərimizdə çalışmalı və birlik nümayiş etdirməliyik. Bizim elə yaşımızdır ki, hələ öyrənirik və peşəkar oyunçu kimi düzgün formalaşmağı düşünməliyik. Bugünə qədər necə mübarizə aparmışıqsa, sabah da bunu nümayiş etdirəcəyik".
Qeyd edək ki, Qeyd edək ki, İspaniya - Portuqaliya matçı mayın 21-də "Bakcell Arena"da keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.