"Qarabağ" və AZAL arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mükafatlandırma mərasimi təşkil olunub. Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Zirə"yə gümüş medallar təqdim olunub.
Daha sonra çempion "Qarabağ" səhnəyə dəvət olunub və qızıl medallarına qovuşub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə AFFA-nın baş katibi Elxan Məmmədov verib.
Qeyd edək ki, 3-cü yerin sahibi "Qəbələ"nin bürünc medallara nə vaxt qovuşacağı məlum deyil. "Qara-qırmızılar" ardıcıl 3-cü mövsüm bürünc medalları Gəncədə "Kəpəz" üzərində 1:0 hesablı qələbə sayəsində əldə edib.