1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sneyder: "Bomba kimi gələcəm"
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Uesli Sneyderin yeni baş məşqçi Sezar Prandelliyə zəng edərək komandaya qayıdacağını bildirib. Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssisə "haqqımda bir ço şaiyələr var, amma mən heç bir yerə getmirəm. 4-cü ulduzu qazanmaq üçün bomba kimi gələcəm" deyib.
Hollandiyalı yarımmüdafiəçi həyat yoldaşı Yolante Kabau ilə birgə İbizada istirahət edərkən bu cür addım atıb və Prandelliyə "Qalatasaray"da xoşbəxt olduğunu söyləyib. 57 yaşlı mütəxəssis isə öz növbəsində Sneyderə "sənin gəlməyini 4 gözlə gözləyirəm. Birlikdə böyük uğurlara imza atacağıq" cavabını verib.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray"a trasnfer olunan Uesli Sneyder Fransanın "Monako" və İngiltərənin "Mançester Yunayted" klubunun transfer siyahısında yer alıb.