
Azərbaycan milli komandası Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Kanada yığması ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, bu, Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın hazırlıq prosesində sonuncu yoldaşlıq görüşü olub.
Tarixində ilk dəfə görüşən yığmaların duelində qalib müəyyənləşməyib. Milli komandamız fasiləyə hesabda 0:1 geridə yollanıb. Azərbaycan yığması ikinci hissənin əvvəlində yarımmüdafiəçisi Dmitri Nazarovun penaltidən vurduğu qolla məğlubiyyətədn xilas olub. 1:1 hesabı sonadək dəyişməyib və bununla da millimiz Avstriya toplanışında qələbə qazana bilməyib.
Xatırladaq ki, ilk oyunda Andorra ilə qolsuz heç-heçəyə razılaşan milli ardınca Makedoniyaya məğlub olub - 1:3.
Beynəlxalq yoldaşlıq görüşü
3 iyun
21:00. Azərbaycan - Kanada - 1:1
Qollar: Dmitri Nazarov, 58-pen - Akindelo Tesho, 43
Baş hakim: Saşa Amhof
Baş hakimin köməkçiləri: Stefane De Almeyda, Vital Jobin
Dördüncü hakim: Adrien Cakkottet (hamısı İsveçrə)
Avstriya, "Rorbah" stadionu
Qeyd edək ki, mayın 23-dən Avstriya toplanışına start verən milli komanda iyunun 4-də vətənə dönəcək.