"Çətin oyun olacağını bilirdik. Andorra ilə heç-heçə, Makedoniyaya məğlubiyyətdən sonra üzərimizdə təzyiqlər var idi. Baxmayaraq ki, bunlar sınaq matçlarıdı, ancaq tələblər böyük idi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov deyib. O, yığmamızın Avstriya toplanışı çərçivəsində bu gün 1:1 hesabı ilə nəticələnən sonuncu yoxlama görüşünü təcrübə baxımından komanda üçün əhəmiyyətli olub: "Öz oyunumuzu oynadıq. Baş məşqçi də həmişə deyir ki, öz oyununuzu oynasanız, istənilən rəqibə qarşı mübarizə apara bilərsiniz. Rəqib də güclü komandadı, bir neçə üzvü yaxşı klublarda çıxış edir, ancaq başabaş mübarizə apardıq, hətta deyərdim ki, qol şanslarımız daha çox idi. Əsas odu ki, məğlub olmadıq.
Bizim üçün təcrübə qazanmaq baxımından əhəmiyyətli oyun oldu. Toplanış əla keçdi. Üç hazırlıq matçı keçirdik. Mərhələli şəkildə oynadıq. Zəif rəqibdən güclüyə doğru. Getdikcə "artırdıq". Gənc heyət olmasına baxmayaraq, uğurlu toplanış olduğunu düşünürəm".
Mənbə: Apasport.az