Çexiya Regional Liqasında "Batov-1930" və "Friştak" komandaları arasında keçirilmiş matçda oyunsonrası 52 penalti yerinə yetirilib. Sportnet.az-ın məlumatına görə, rəqiblər birgə səylərlə yeni rekord müəyyənləşdiriblər.
Əvvəlki rekord 2005-ci ildə Namibiya Kuboku matçında qeydə alınıb. Həmin görüşdə 48 penalti vurulub.
"Friştek"in prezidenti Vratislav Rudolf "İdnes" qəzerinə müsahibəsində deyib: "Dərhal hansısa rekord müəyyənlədirdiyimizi düşündüm. Komandalar hərəyə 20 penalti vurduqdan sonra evə getmək istədim. Çünki barbekü planlaşdırmışdıq. Amma sonda qalmağa qərar verdim".
Qeyd edək ki, görüş "Batov-1930"un qələbəsi ilə yekunlaşıb - 25:24.


















































































