ABŞ-da keçirilən Amerika Kubokunda 3-cü yer uğrunda görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, təşkilatçı ölkə yığması ilə görüşdə Kolumbiya yığması qalib gəlib - 1:0.
Yeganə qolu 31-ci dəqiqədə Karlos Bakka vurub. Oyunun sonları 2 futbolçunun meydandan qovulması ilə əlamətdar olub. Meydan sahiblərindən Maykl Orosko 90+3-cü, qonaqlardan isə Santyaqo Arias 90+4-cü dəqiqədə qırmızı vərəqə alıb.
Beləliklə, Kolumbiya millisi 16 ildən sonra Amerika Kubokunda yüksək nəticə göstərə bilib. Bu komanda 2001-ci ildə turnirin qalibi olub.
Qeyd edək ki, final görüşü bu gecə Argentina və Çili yığmaları arasında keçiriləcək.