1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransada tarixi qol - VİDEO
İrlandiya yığmasının futbolçusu Robbi Bredi Avropa çempionatları tarixində ikinci ən sürətli qolu vurub. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Fransa ilə AVRO-2016-nın 1/8 final matçında 2-ci dəqiqənin tamamında penaltidən fərqlənib.
Ən sürətli qol isə Rusiya yığmasının forvardı Dmitri Kiriçenkoya məxsusdur. "Rostov"un hazırkı məşqçisi AVRO-2004-də 2-ci dəqiqənin başlanğıcında Yunanıstanı oyun epizodunda məyus edib. Həmin görüşdə şimal qonşularımız qələbə qazanıb - 2:1. Lakin çempionatın qalibi Yunanıstan olub.
Qeyd edək ki, Robbi Bredi qitə çempionatları tarixinə penaltidən ən erkən qol müəllifi kimi düşüb.