Yeni transferlər bağlı problemlə üzləşən "Kəpəz" məsələni həll edib. Sportnet.az-ın məlumatına görə, yeni transferlər - Renan da Silva Alveş və Manuel Kosta Kaneyronun sənədləri qaydasında olmadığından Avropa Liqasının I təsnifat mərhələsində bu gün Moldova "Daçiya"sına qarşı keçiriləcək oyunda iştirak etməyəcəkdilər.
Lakin klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin məsələyə müdaxiləsindən sonra futbolçuların transfer ödənişləri müvafiq olaraq çıxış etdikləri "Jil Visente" və "Trofense" (hər ikisi Portuqaliya) komandalarına ödənilib. Bundan sonra sənədlərdə olan problem aradan qalxıb.
Nəticədə hər iki legioner Avropa Liqasının ilk oyununda çıxış edə biləcək.










































































