1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin sabiq futbolçusu "Partizan"a keçdi
"Qəbələ"nin braziliyalı sabiq futbolçusu Leonardo da Silva karyerasını Serbiyada davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "Partizan" klubuna keçib.
Bu haqda Belqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilə 3 illik nəzərdə tutulub. Leonardo "Qəbələ"də olduğu kimi, yeni klubunda da "42 nömrə"li formada çıxış edəcək.
Azərbaycandan gedəndən sonrakı 2 ili Rusiyanın "Anji" klubunda keçirən futbolçu 2015-ci ilin dekabrında törətdiyi avtomobil qəzası üzündən bir müddət ölkədən kənarda çıxa bilməyib. Nəticədə braziliyalı Mahaçqala təmsilçisinin ilk təlim-məşq toplanışını keçdiyi Birləşmiş Ərəb Əmirliklərinə gəlməyib. İkinci hazırlıq prosesinin keçildiyi İspaniyaya yollanmağa əngəl olmasa da, Leonardo Braziliyada qalmağı üstün tutub. "Anji" futbolçunun bilərəkdən gəlmədiyinə görə öz təşəbbüsü ilə müqaviləni pozub.
Qeyd edək ki, Leonardo "Qəbələ"də keçirdiyi 2013/14 mövsümündə Premyer Liqanın bürünc medalçısı olub.