1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov: "Şeydayevin Azərbaycan pasportu olmasaydı..."
"Ramil Şeydayev Azərbaycan vətəndaşlığını əks etdirən pasportu bizə AFFA onun idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı FİFA-ya sorğu göndərədən əvvəl təqdim edib".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın İTAR TASS agentliyinə açıqlamasında bildirib. Məlum olduğu kimi, "Trabzonspor"a keçən azərbaycanlı futbolçu Ramil Şeyadyev millimizdə oynamaqla bağlı AFFA-ya müraciət edib. AFFA da öz növbəsində bununla bağlı FİFA-ya müraciət edərək məsələnin həlli ilə bağlı müsbət cavab gözləyir.
Rusiyalı idman hüquqşünası Mixail Prokopets isə bəyan edib ki, Rusiyanın bütün aşağı yaş qruplarında oynayan Şeydayev idman vətəndaşlığını dəyişmək hüququna malik deyil. Çünki Rusiya yığmasında oynadığı vaxt futbolçunun Azərbaycan pasportu olmayıb. Məmmədov məsələyə belə aydınlıq gətirib: "Fikrimcə, bu məsələdə hansısa anlaşılmazlıq var. Çünki görünür, söhbət xarici pasportdan gedir. Bu müddətdə Şeydayevin Azərbaycanın ümumvətəndaşlıq pasportu artıq vardı. Mən onu görmüşəm. Ramil ona görə bunu alıb ki, bilindiyi kimi, atası Bakıda anadan olub. Bu sənədi təqdim etmədən FİFA hazırkı məsələni nəzərədn keçriməzdi".