1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Super Kubokun sahibi məlum oldu
Kiyev "Dinamo"su Ukrayna Super Kubokuna sahib olub. Sportnet.az-ın məlumatına görə, Odessada keçirilən qarşılaşmada "Dinamo" "Şaxtyor"a qalib gəlib.
Əsas vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. 58-ci dəqiqədə Fred hesabı açıb. 80-ci dəqiqədə Domaqoy Vida "Şaxtyor"un bərabərlik qolunu vurub. Əlavə vaxtda qol vurulmadığından, görüşün taleyi penaltilər seriyasında həll olunub. Bu zaman "Dinamo" daha üstün olub - 4:3.
Qeyd edək ki, bu, "Şaxtyor"un yeni baş məşqçi Paulu Fonsekanın rəhbərliyi altında ilk rəsmi matçı olub. O, Rusiya "Zenit"inə yollanan Mirça Luçeskunu əvəzləyib.