"Neftçi"nin sabiq futbolçuları Erik Ramosla Ernest Nfor özlərinə yeni komanda tapıblar. Sportnet.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçi Vətənində əvvəllər də çıxış etdiyi "Rubio Nyu"ya qayıdıb.
Ramos 2008 - 2014-cü illərdə müqavilə ilə məxsus olduğu komandada yenidən forma geyinəcək. O, flaqmanla yollarını 2015-2016 mövsümü başa çatdıqdan sonra ayırıb.
Nigeriyalı hücumçu isə Belçikanın II Liqasında çıxış edən "Beerşot Vilreyk"lə 2 illik müqavilə bağlayıb. Nfor "Neftçi"də 2013 - 2015-ci illərdə çıxış edib. O, ötən mövsümün ikinci yarısını Səudiyyə Ərəbistanın "Əl-Vəhda" komandasında keçirib.