2016/17 mövsümünün açılış oyununda – AZAL – "Neftçi” matçında gərginlik yaşanıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın 36-cı dəqiqəsində "Neftçi”nin Jairo Rodriges rəqib futbolçuya qarşı kobud oyununa görə meydandan qovulub.
Nəticədə 2 komandanın üzvləri arasında münaqişə yaşanıb. Bu zaman AZAL-dan Ruslan Nəsirli rəqib futbolçu Dario Melnyakı vurub. Baş hakim Rəhim Həsənov AZAL-ın üzvünü də meydandan qovub.
Qeyd edək ki, komandaların 10 nəfərlə mübarizə apardıqları matçda hələ ki qol yoxdur. Rəhim Həsənov ilk yarıda komandalardan hərəyə bir qolu saymayıb.