Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun yeganə Bakı derbisi Masazırda olub. Əslində, "Neftçi" ilə "Zirə" "Bakcell Arena"da üzləşməli olsalar da, həmin stadion təmirə bağlandığından oyununun keçirilmə məkanı "Əlincə"nin stadionuna təyin olunub.
"Neftçi" qalib gələcəyi hald, liderliyə yüksəlmək şansına malik olsa da, heç 1 xal ad qazana bilməyib və ilk məğlubiyyətini alıb. "Zirə" isə rəqibin müdafiəçisi Məqsəd İsayevin avtoqolu sayəsində cari çempionatda ilk qələbəsini qazanıb.
İki turdan sonra artıq bütün komandalar xal qazanıb və "Qəbələ" ilə "İnter" 4 xalla turnir cədvəlində ikihakimiyyətlik yaradıblar.
14 avqust (bazar)
20:00. "Neftçi” – "Zirə” - 0:1
Qol: Məqsəd İsayev, 43-öz qapısına
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Əlincə Arena” stadionu