1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kasad tura sözardı: Yenə "Neftçi", yenə Ramil Diniyev!
Azərbaycan Premyer Liqasında artıq 2 tur arxada qalıb. Sportnet.az-ın məlumatına görə, II tur ilk turla müqayisədə qol sarıdan aşkar kasad olub.
Belə ki, 4 oyunda qapılardan 3 top keçib. Bu da 1 oyuna heç 1 qol demək deyil. İki matçda - "Qəbələ" - "İnter" və "Kəpəz" - AZAL qarşılaşmalarında hesab açılmayıb. "Neftçi" ilə "Zirə"nin Masazırdakı görüşündə qonaqların 1:0 hesablı qələbəsi qeydə alınıb. Yalnız "Sumqayıt" - "Qarabağ" oyununda (0:2) 2 qol vurulub. İlk turda isə bundan xeyli çox - 8 qol vurulmuşdu. Özü də azarkeşlər bütün matçlarda qol görə bilmişdi.
Bütün komandalar artıq xal qazanıb ki, nəticədə yüzfaizli nəticə göstərən komanda yoxdur. "Qəbələ" ilə "İnter" 4 xalla turnir cədvəlində ikihakimiyyətlik yaradıb. Turnri cədvəlində son 2 pilləni tutan "Kəpəz"lə AZAL xal hesablarını açsalar da, hələ ki qələbə qazanmayan komandalardır.
İkinci turda fərqlənənlər cari çempionatda qol hesablarını açıblar. Bu isə o deməkdir ki, ilk turda dubl edən "İnter"in futbolçusu Ruslan Abışov bombardirlər siyahısına başçılıq etməkdə davam edir.
İkinci turda əsas diqqət mərkəzində olan məqamlardan biri "Neftçi" - "Zirə" matçında Ramil Diniyevin idarəçiliyi olub. Məlum olduğu kimi, bu hakim ardıcıl 2-ci turdur "ağ-qaralar"ın oyununa təyinat alır. Fərq ondadır ki, Diniyev bu dəfə qapı arxasında olan əlavə hakim-köməkçisi yox, baş hakim idi. İlk turda AZAL-ın "Neftçi"nin qapısına vurduğu aşkar qolu saymayan Diniyev bu dəfə avtoqolu hesaba almamaqla yadda qalıb. Hər halda, "Zirə"nin futbolçusu Vüqar Mustafayevin zərbəsindən sonra top "Neftçi"nin müdafiəçisi Məqsəd İsayevə dəyərək istiqamətini dəyişərək qapıdan keçsə də, avtoqol qeydə alınmayıb. Hərçənd, PFL-in rəsmi saytında Məqsəd İsayevin topu öz qapısından keçirdiyi göstərilsə də, yekunda protokolda qol müəllifi Vüqar Mustafayev yazıldığından dəyişiklik edilib.
"Neftçi"nin isə yenə ev oyunlarında üzləşdiyi problem özünü göstərir. Bu, baş məşqçi Vəli Qasımovun dövrünə aiddir. 47 yaşlı mütəxəssis hələ də "Bakcell Arena"da Premyer Liqada qələbə üzünə həsrət qalıb. "Neftçi" bu stadionda Avropa Liqasında Maltanın "Baltsan" (1:2) və Makedoniyanın "Şkendiya" klubu (0:0) ilə matçlarda da qələbə qazana bilməyib. Komanda ötən çempionatın sonunda indiki kimi "Bakcell Arena"da kənarda qalanda, AZAL (3:1) və "İnter"i (4:2) "Əlinə Arena"da qəbul etməli olaraq qalib gəlmişdi. Ancaq Vəli Qasımovun komandası artıq Masazırda da məğlubiyyət görüb.