
Braziliyanın "Atletiko Mineyro” klubu ulduz futbolçusu Ronaldinyonu komandadan qovub. Spotnet.az-ın məlumatına görə, buna səbəb futbolçunun intizamsızlığı olub.
Klubun idman direktoru Eduardo Malufun Ronaldinyonun Dekonun vida oyununda iştirak etmək adı ilə rəhbərlikdən icazə aldığını, amma oyuna getmək əvəzinə istirahətə yollandığını söyləyib. Xəbəri futbolçunun qardaşı və meneceri Roberto Assis də təsdiqləyib.
Qeyd edək ki, Ronaldinyonun "Atletiko Mineyro” ilə müqaviləsi gələn ilin yanvarına kimidir.