1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fikrət Hüseynov: "Biz də limitin dəyişməsini istərdik" - MÜSAHİBƏ
AZAL klubunun vitse-prezidenti və AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün keçirilən görüşdən sonra müzakirə olunmuş məsələlərdən danışıb. Sportnet.az F.Hüseynovun müsahibəsini təqdim edir.
- İclasda nələr müzakirə olundu?
- İki aya yaxındı Klublar Komitəsi yığışmırdı. Bu da yay tətili və çempionatın başa çatması ilə əlaqədar idi. Bu gün gündəlikdə olan məsələr elə də çox deyildi. Əsas məqsəd görüşüb, bir yerə gəlmək idi. Bu gün "CBC Sport" kanalının baş direktoru Volkan Üstü də iclasa dəvət etmişdik. Onunla yayım barəsində söhbət etdik. Oyunların yayımı və işin maliyyə tərəflərini müzakirə etdik. Volkan Üst bizim bütün suallarımıza cavab verdi. Yaxın günlərdə klublarla "CBC Sport" arasında görüş keçiriləcək. Görüşdə yayımla bağlı bütün məsələlərə aydınlıq gələcək. Digər məsələ futbolçulara tibbi nəzarətlə bağlı idi. Milli komandaların baş hakimi Vyaçeslav Xomenkonu iclasa dəvət etmişdik. Bir neçə gün öncə "Zaqatala" klubunda bədbəxt hadisə yaşanıb. Bununla bağlı müzakirələr getdi. Xaricdən futbolçu gəldiyi zaman onu təyyarədən düşən kimi məşqə buraxmaq olmaz. İlk növbədə futbolçu tibbi müayinədən keçməlidir. Klubların baş hakimləri ilə bu mövzuda seminarların keçirilməzi nəzərdə tutulub. Komissiya yaradılacaq və bütün klubların tibb mərkəzi yoxlanılacaq. Onların hansı şəraitdə işlətidiyi və necə müayinə apardıqları araşdırılacaq. Üçüncü məsələ isə danışılmış oyunlarla bağlıdır. Bu məsələ AFFA-nın İcraiyyə Komitəsində müzakirə olunacaq.
- Danışılmış oyun aşkarlanıb ki, bununla bağlı görüş olacaq?
- Xeyr, belə bir hal aşkarlanmayıb. Üstəlik ,hələ ki, bizdən heç nə tələb olunmur. İK-da nə qərar verilsə, biz də ona əməl edəcəyik.
- "Qarabağ" və "Qəbələ" avrokuboklarda legionerlərin sayının çox olması səbəbindən uğur qazanır. Hətta "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da ölkə çempionatında legioner limiti ilə bağlı etirazlarını bildirib. Ümumiyyətlə, Klublar Komitəsi olaraq legioner limitinin ləğvinin tərəfdarısınızmı?
- "Qəbələ" hazırda Avropa Liqasında oynayır və əlinin altında xeyli sayda legioner futbolçu var. Bu səbəbdən legioner limiti onun üçün gündəmdədir. Onun üçün avrokuboklarda bir, ölkə çempionatında digər heyətlə çıxış etmək çox çətindir. "Sumqayıt"la oyun da bu səbəbdən təxirə salındı. Çünki komanda eyni heyətlə avrokuboklarda cavab oyununa hazırlaşır. İcraiyyə Komitəsi 6+5 limiti qəbul edib. Ancaq məsələ gündəmə gəlsə, biz də limitin dəyişməsini istərdik. Digər tərəfdən də dəyişilsə, azərbaycanlı futbolçular kənarda qala bilər. Məsələn, AZAL yerli futbolçulara üstünlük verir. Ancaq "Qəbələ", "Qarabağ", "İnter", "Neftçi" kimi klublarda bu məsələ daha önəmlidir.
- Ötən mövsüm "CBC Sport"un klublara pul ödəyəcəyi deyilsə də, ictimaiyyətə bununla bağlı yekun cavab verilmədi. Hər bir klub həmin 70 mini ala bilibmimi və cari mövsümdə bu sistem necə olacaq?
- Ötən mövsüm bu hal ilk dəfə olub. Məbləğin kimin və necə ödəyəcəyi bəll deyildi. Bütün klublar AFFA-ya məktub yazıb bildirdi ki, hamımız həmin pulu borcumuz olan Peşəkar Futbol Liqasına (PFL) təqdim edirik. Volkan bəylə bu məsələni də müzakirə etmişik.
- Dediklərinizdə üç tərəfli barter imzalanması aydın olur. Bəs məbləğin digər hissəsi klublara ödənilib?
- Digər klubların nə qədər borcu olduğunu bilmirəm. Ancaq bizim təxminən 110 min manat borcumuz vardı. 70 mini "CBC Sport" PFL-ə ödədi, qalan hissəsini isə klub olaraq həll etdik. Bəzi klublar oldu ki, onların borcu tam bağlanmadı. Ancaq orcu 70 mindən az olan klubların necə ödəçdiyindən xəbərsizəm.
- Qeyd etdiniz ki, futbolçu təyyarədən düşən kimi məşqə çıxmamalıdır. Burada klub rəhbərliyinin səhlənkarlığı olub. Nəyə görə I Divizion klublarının nümayəndələrini bununla bağlı müzakirələrə çağırmırsınız? Bəzi komandalarda həkim belə yoxdur. Bu çox biabırçı vəziyyətdir. Çünki həmin komandalar gələcəkdə Premyer Liqada iştirak edə bilər...
- Sizinlə razıyam. Birinci divizionda vəziyyət həqiqətən də acınacaqlıdır. Burada klubların bəziləri AFFA və yerli icra hakimiyyəti tərəfindən maliyyələşir. Komandaların büdcəsi olmalıdır. Qeyd etdiyiniz vəziyyətdə olan komandaları diviziona da buraxmaq lazım deyil.
- Bəzi klublarda həkim belə yoxdur. Komandaları çempionata buraxan PFL-dir və belə çıxır ki, bu qurum qeyri-peşəkardır...
- İnanmıram ki, həkimsiz klub olsun. Məsələni mütləq araşdırmaq lazımdır.