Ötən mövsümü Türkiyə "Bursaspor”unda keçirən Tuncay Şanlı özünə yeni klub tapıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli oyunçu Bülent Uyğunun baş məqşçilik etdiyi Qətərin "Umm Salal” klubu ilə 1 illik müqavilə imzalayıb.
Təqdimat mərasimindən sonra futbolçu mətbuata qısa açıqlama verib. 32 yaşlı oyunçu bunları bildirb: "İnanıram ki, "Umm Salal" klubu xeyirli olacaq, Bülent Uyğuna da təşəkkür edirəm".
Qeyd edək ki, "Sakaryaspor"da futbola başlayan, "Fənərbağça"da ulduzu parlayan Tuncay Şanlı karyerası ərzində "Stok Siti", "Midlsbro", "Volsvurq" və "Bolton" kimi klublarda forma geyinib.