1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tofiq Bəhramov" stadionunda komik olay - VİDEO
Azərbaycan və Almaniya yığmaları arasında 5 il öncə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş AVRO-2012-nin seçmə qrup matçından öncə ot örtüyü yanğınsöndürən maşınla suvarılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə həmin matçın UEFA nümayəndəsi olmuş polşalı Mixal Listkyeviç yerli mətbuata müsahibəsində bildirib.
Listkyeviç bu addımın avtomatik suvarma sisteminin işə düşməməsi səbəbindən atıldığını bildirib: "Həmin vaxt Azərbaycan yığmasına Berti Foqts, Bundestimə isə Yoahim Löv rəhbərlik edirdi. Səhər razılaşmışdılar ki, ot örtüyü suvarılsın. Çünki meydanda top hərəkət etmirdi. Lakin saatlar keçsə də, bir damcı su da görünmürdü. Azərbaycan tərəfi bunu akvedukun sıradan çıxması ilə izah edirdi. Almanlar isə özlərindən çıxmışdılar. Sonda 2 yanğınsöndürən maşın gəldi. Amma onların rezin borularından açılan su yan xətdən bir neçə metr o tərəfədək çatırdı. Almaniya tərəfi bunu qalmaqal hesab etdi. Amma hər halda qalib gəlməyi bacardı".
Qeyd edək ki, 2011-ci il iyunun 7-də keçirilmiş matçda Azərbaycan millisi 1:3 hesabı ilə uduzub.