
Türkiyənin "Beşiktaş" klubundan ayrılan huqo Almeyda "Qalatasaray"ın prezidenti Ünal Aysaldan cavab gözləyir. Sportnet.az-ın məlumatına görə, Portuqaliyaya dönən futbolçu "sarı-qırmızılar"dan cavab almamış başqa klublarla danışığa getməyəcəyini bildirib.
"Qalatasaray"ın baş məşqçisi Sezar Prandelli və Ünal Aysal arasında baş tutacaq görüşdə Almeydanın İstanbula gəlib-gəlməyəcəyi müzakirə olunacaq. Almeyda azad agent statusuna malik olduğu üçün "Qalatasaray" bu transferi həyata keçirmək üçün heç bir məbləğ ödəməyəcək.









                 





    
    
    
    
    
    
    
    
    






















































