Topaz Premyer Liqasında VII turunun "İnter” – "Zirə” matçının vaxtı dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma oktyabrın 2-də deyil, sentyabrın 30-da keçiriləcək.
Buna 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 7-də Helsinkidə Finlandiyadan olan həmyaşıdları ilə keçirəcəyi rəsmi oyun səbəb olub. Millimiz oktyabrın 2-dən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində "İnter” və "Zirə” klubunun futbolçuları da yer alacaq.