Azərbaycan Premyer Liqasında yaranan 3 həftəlik fasilə başa çatır. Sportnet.az-ın məlumatına görə, milli komnadalarımızn rəsmi oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı - 4-cü tur 3 gündə keçiriləcək.
Paytaxtdakı matçlar fərqli günlərdə, eyni stadionda - "Əlincə Arena"da olacaq. Əvvəlcə "Qarabağ", sonra "Neftçi" Masazırdakı həmin stadionda rəqibini qəbil edəcək. Bu da onunla əlaqədardır ki, "Qarabağ"ın "Azərsun Arena"sı, "Neftçi"nin isə "Bakcell Arena"sı ot örtüyünə yenidənqurma işləri ilə əlaqədar hələ hazır deyildir. Bütün milli çempionatların iştiralçısı olan bu 2 komanda cari çempionatda "Əlincə Arena"da meydan sahibi olub. "Neftçi" orada "Zirə"yə 0:1 hesabı ilə uduzubsa, "Qarabağ" həmin "Neftçi"ni böyük hesabla məğlub edib - 3:0.
Açılış oyununda Qurban Qurbanovun komandasının rəqibi autsayder AZAL olacaq. Bu, turnir cədvəlində ilk və son pilləlrin sahiblərinin dueli olacaq. Ağdam klubunun asanlıqla qələbə qazanacağı gözləniləndir. "Qarabağ"ın AZAL-la həm evdə yaxşı oynaması, həm də son 10 oyunda 9-da qalib gəlməsi belə deməyə əsas verir.
Bu matçın ertəsi "Əlincə Arena"da keçiriləcək qarşılaşmanı turun mərkəzi oyunu saymaq olar. Bir oyun az keçirdiyinə görə potensial lider olan "Qəbələ" "Neftçi"nin qonağı olacaq. Bu komandaların son illərdə görüşləri çox maraqlı, gərgin mübarizə şəraitində keçir. Özü də maraqlıdır ki, son 10 oyunda, yəni artıq 3 ildir meydan sahibləri heç cürə qalib gələ bilmirlər. Son 2 oyunda məğlub olan "Neftçi" qalib gələrsə, həm ev sahibləri üçün bu uğursuz seriyaya son qoyacaq, həm də "Qəbələ"ni turnir cədvəlində keçmiş olacaq. "Qırmızı-qaralar"ın ukraynalı baş məşqçisi Roman Qriqorçuk bu fasilə müddətində komandasını vətəninə apararaq Odessada təlim-məşq toplanışı keçib.
Onu da bildiirək ki, bu oyunlar həm "Qəbələ", həm də "Qarabağ" üçün Avropa Liqasının qrup mərhələsinin startı öncəsi son sonaq olacaq. Məlum olduğu kimi, Qurban Qurbanovun komandası sentyabrın 15-də Çexiyanın "Slovan" klubunu qəbul edəcəksə, "Qəbələ" həmin gün Belçikada "Anderlext"in qonağı olacaq.
Tura bazar günü keçiriləcək 2 matçla yekun vurulacaq. "Kəpəz" cari mövsümdə ilk qələbəsini "Qarabağ"la şərikli lider olan "Zirə" üzərində qazanmağa çalışacaq. Adil Şükürovun komandası Premyer Liqada ilk səfər matçını ötən mövsüm məhz Gəncədə keçirərək son dəqiqələrdə vurduğu qolla 1 xal qazanmışdı - 1:1. "Sumqayıt" isə ötən mövsüm öz meydanında yenə bilmədiyi "İnter"i qonaq edəcək.
9 sentyabr (cümə)
18:30. "Qarabağ” – AZAL
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Əlincə Arena” stadionu
10 sentyabr (şənbə)
20:00. "Neftçi” – "Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. "Əlincə Arena” stadionu
11 sentyabr (bazar)
16:00. "Kəpəz” – "Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Gəncə. Şəhər stadionu
20:30. "Sumqayıt” – "İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
Sumqayıt. "Kapital Bank Arena” stadionu