Lüksemburq milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində startında tarixi ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, bu ölkənin yığmasının Bolqarıstan millisinə səfərdə 3:4 hesabı ilə uduzduğu oyunda hücumçusu Orelyem Joakim dubl edib.
Bununla da Lüksemburq yığmasında eyni futbolçu 1 oyunda 2 qol vurub. Əslində, futbolçuçun dubl etməsi adi bir şey olsa da, Avropanın ən zəif yığmalarından biri uzun illərdir çıxış etdiyi seçmə mərhələdə yalnız ilk dəfə buna nail olub. Özü də Joakimə rəqib qapsına 2 dəfə yol tapmaq üçün cəmi 2 dəqiqə (60 və 62-ci dəqiqələr) bəs edib.
Qeud edək ki, millisində kapitan da olmuş 30 yaşlı bu futbolçu 2014-cü il dünya çempionatının seçmə mərhələsində millimizlə "Bakcell Arena" 1:1 hesabı ilə nəticələnən matçda əsas heyətdə meydana çıxıb.