
Bakının "İnter" klubu rəsmi məlumat yayıb. Sportnet.az-ın məlumatına görə, "bankirlər" FİFA-nın cəzasını rəsmən açıqlamaqla təsdiqləyiblər.
Belə ki, 06.09.2016-cı il tarixdə faksla göndərilmiş FİFA-nın 26.05.2016-cı il tarixli qərarına əsasən, "İnter” Peşəkar İdman Klubuna növbəti iki "transfer pəncərəsi"ndə yeni futbolçu almaq qadağan edilib. Qadağa müddəti 1 ili - 2016-2017-ci il mövsümünün qış, 2017-2018-ci il mövsümünün isə yay transfer dövrlərini əhatə edəcək.
Cəzasın səbəbi göstərilməsə də, bunun klubun fransalı sabiq müdafiəçisi Yohan Bakonyanoya borclu olması və legionerin də öz növbəsində FİFA-ya şikayət etməsi ilə bağlı olduğu bildirilir.