1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vəli Qasımovla bağlı son durum
"Vəli Qasımovun vəziyyəti stabildir, müalicəsi davam edir". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" klubunun baş həkimi Şaiq Zöhrablı "Report"a açıqlamasında bildirib.
O, komandanın baş məşqçisi Vəli Qasımovun Bakıdakı "HB Güven" klinikasında müalicə aldığını deyib: "Bu gün təkrar müayinə keçiriləcək və ondan sonra qərar veriləcək. Bu cür hallarda 2-3 gündən sonra xəstə evə buraxılır. Amma əlavə hansısa bir xəstəliklər aşkarlansa, o zaman müddət bir həftə də ola bilər. İndiki halda isə vəziyyət normaldır".
Qeyd edək ki, baş məşqçi V.Qasımov dünən gecə hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirilib.