1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Qurbanov: "Neftçi"yə vurduğum qolu qeyd etməyəcəyəm" - MÜSAHİBƏ
"Qəbələ”nin yeni transferi Ruslan Qurbanovun Sportnet.az-a müsahibəsi
- Az sonra "Neftçi” ilə oyuna çıxacaqsan. Keçmiş komandanla matç öncəsi əhval-ruhiyyən necədir? Prinsipiallıq varmı?
- Heç bir prinsipaillıq yoxdur. Döyüşkən əhval-ruhiyyədəyik. "Neftçi”yə qalib gəlib turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq istəyirik.
- Yeni komandan necədir? Hazırlıq, ukraynalı baş məşqçi Roman Qriqorçuk haqda nə deyə bilərsən?
- Məşqlər əla keçir. Hər futbolçu baş məşqçiyə sübut edir ki, o, heyətdə oynamalıdır. Komanda məni yaxşı qəbul etdi. Roman Qriqorçukun əsl peşəkar olduğu dərhal görünür. Onun rəhbərliyi altında hər bir futbolçu artıracaq.
- "Qəbələ"də "10 nömrə"ni boş olduğuna görə seçdin? Yoxsa başqa səbəb var?
- Başqa səbəb yoxdur. Sadəcə, "Neftçi”də geydiyim "11 nömrə" "Qəbələ"də boş deyildi. "10 nömrə" boş olduğundan onu götürdüm. Əvvəl bu nömrədə yalnız bir dəfə oynamışam. Bu da millinin heyətində İtaliya yığması ilə qarşılaşma olub.
- "Qəbələ"də "11 nömrə"si Asif Məmmədovla nömrəni dəyişməyi düşünmədin?
- Asif klubda uzun müddətdir oynayır. Buna görə də ona "nömrəni mənə verərdin" demək düzgün olmaz, yaxşı çıxmaz. Əgər növbəti ildə razılığını versə, məmnuniyyətlə götürəcəyəm.
- Hər halda, yeni klubunda "10 nömrə" də düşərlidir. Buna "Qəbələ"nin tarixinin rekordçusu, tarixi qolların müəllifi, kapitanı olmuş braziliyalı Dodo daşıyıb...
- Bilirəm. Ancaq nömrə mənim üçün əsas deyil. Əsas odur ki, oynayım və baş məşqçim məndən razı qalsın.
- "Qəbələ"də debütündə "Neftçi”yə qol vurmaq istəyin böyükdürmü? Ümumiyyətlə, əsas heyətdə meydana çıxacaqsanmı?
- Mən təkcə "Neftçi”yə yox, həmişə qol vurmaq istəyirəm. Fikrimcə, baş məşqçi mənə özümü göstərməyə şans verəcək.
- Vuracağın qol, qazanacağınız qələbə sənin üçün ən yaxşı ad hədiyyəsi olacaq. Axı 2 gün sonra – sentyabrın 12-də 25 illik yubileyindir. İndidən təbriklər...
- Təbrikə görə sağ olun. Əlbəttə, dediyiniz kimi olsaydı, əla olardı. Hətta qol vurmasam belə, əsas odur ki, qələbə qazanaq. Bu, mənim üçün ad günü hədiyyəsi olacaq.
- Millimizdə qol hesabını açandan sonra əhval-ruhiyyən onsuz da yüksəkdir...
- Əlbəttə. Axı yığmada qol vurmaqdan yaxşı nə ola bilər ki...Çox şadam ki, millidə fərqləndim, qələbə topuna imza atdım. Məndə oyuna köklənmə həmişə döyüşkəndir. Uduzmağı sevmirəm. Ancaq təəssüf ki, həmişə istədiyimiz kimi alınmır.
- "Neftçi”yə qol vursan, bunu xüsusi qeyd edəcəksən? Keçmiş komandana böyük motivasiyan, özünü göstərmək istəyin olmalıdır...
- Əgər "Neftçi”yə qol vursam, əlbəttə, bunu qeyd etməyəcəyəm. Axı bu klubda ən yaxşı illərimi keçirdim və orada futbolçu oldum. Məndə "Neftçi”yə sübut etməyə heç nə yoxdur. Mən özümü onlara vaxtilə sübut etmişəm.
- "Neftçi” baş məşqçisi Vəli Qasımovun səhhətində yaranan problem üzündən xəstəxanaya düşdüyünü açıqlayıb. Yaxşı tanıdığın komandanın baş məşqçisiz oynamağı nəticəyə təsir göstərə bilərmi?
- Mən ilk növbədə Vəli müəllimə can sağlığı arzulamaq istəyirəm. Allahın köməyi ilə tezliklə sağalsın. Əlbəttə, "Neftçi”yə çətin olacaq. Ancaq Qasımovun köməkçiləri var ki, onlar komandanı oyuna çıxaracaqlar.
- Qələbə şansınız nə dərəcədir? Proqnozun nədir?
- Qələbə üçün hər şey edəcəyik. Proqnozu isə oyundan sonra biləcəyik.
Mehman Süleymanov