1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən rekord, "Neftçi"dən antirekord
Topaz Premyer Liqasında IV turunun "Neftçi” – "Qəbələ” oyunu statistik məqamlarla zəngin olub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, mövsümün ilk het-trikinin qeydə alındığı görüşdə hər iki komanda tarixi nəticə ilə yadda qalıb.
Onlardan biri rekord, digəri antirekord kimi tarixə düşüb. 0:8 hesabı ilə uduzan "Neftçi” Azərbaycan çempionatlarında ən böyükhesablı məğlubiyyətini alıb. Bunadək bakılılar ən pis halda – iki dəfə 4 top fərqilə uduzmuşdu. "Ağ-qaralar” həm də müstəqillik dönəminin bütün yarışlarındakı ən ağır məğlubiyyətini təkrarlayıb. Paytaxt klubu 19 il əvvəl UEFA Çempionlar Liqasında Polşa "Vidzev”inə də eyni hesabla uduzmuşdu.
"Qəbələ” isə Azərbaycan çempionatlarında ən böyükhesablı qələbəsini qazanıb. Bunadək əyalət klubu 6 top fərqilə qalib gəlmişdi. "Qırmızı-qaralar” tarixinin rekordunu da təkrarlayıb. Qəbələnin eyniadlı komandası 11 il əvvəl I divizionda oynadığı vaxt 8:0-a şahid olmuşdu. Klub tarixinin ilk matçında komanda "Şərur” üzərində ev qələbəsi qazanmışdı.
Komandasının qollarından üçünə imza atan Baqali Dabo isə mövsümün ilk het-trikinin müəllifi kimi tarixə düşüb.