"İndi hamı düşünəcək ki, təqsirkar Sadıq Sadıqovdur. Amma o, elə "Neftçi" üçün hər şey edirdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev şura üzvləri Bəhram Bağırzadə ilə Mehdi Nəcəfov adından yayılan bəyanatdan sonra şəxsi "Facebook" profilində yazıb.
Ç.Abdullayev bildirib ki, klubun əvvəlki prezidenti Sadıq Sadıqova korrupsioner jurnalistlər, vicdansız futbolçular, idmanda olan digər meyarlar və bir çox başqa amillər maneçilik törədib.







































































