"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk rəqibi olan Çexiyanın "Slovan" klubu kapitanının xidmətindən məhrum olub. Sportnet.az-ın məlumatına görə, Liberets təmsilçisinin çempionatın son turunda "Viktoriya"a 1:2 hesabı ilə uduzduqları matçda zədələnən Lukaş Pokornının Bakıda oynaya bilməyəcəyi dəqiqləşib. O, zədə səbəbindən bir ay yaşıl meydandan kənarda qalacaq.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-də, saat 19:00-da "Dalğa Arena"da keçiriləcək.