İspaniya "Barselona”sının baş məşqçisi Luis Enrike La Liqada "Leqanes”lə matçdan öncə futbolçusu Andres İnyesta haqda xoş sözlər deyib.
Sportnet.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis əvvəlcə klubda 20 ilini keçirən İnyestanı təbrik edib.
”O, bizim kapitanımız və dünya futbolunun bir dəyəridir. Təkcə İspaniya və Avropada deyil, bütün dünyada öz uğurlaröna görə sevilir. İnyesta çox dəyərli bir insan, gözəl futbolçudur. O, heç vaxt qırmızı vərəqə almayıb. Heç kim onun pis sözünü, pis hərəkətini görməyib. İnyesta kimi kapitana sahib olmaq gözəl hissdir. Ondan ayrılmaq çətin olacaq” deyə L.Enrike bildirib.
Qeyd edək ki, "Barselona” - "Leqanes” matçı sentyabrın 17-də keçiriləcək.