"Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayevin debüt matçı öncəsi heyətlə bağlı problemləri var.
Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının V turunda "İnter"lə sentyabrın 18-də keçiriləcək səfər matçı ərəfəsində iki aparıcı futbolçusunun xidmətindən məhrum olub.
Yarımmüdafiəçi Elşən Abdullayev zədəsinin mülaicəsini davam etdirdiyindən, onun "İnter Arena"da meydana çıxmayacağı dəqiqdir.
Makedoniyalı mərkəz müdafiəçisi Vançe Şikovun da zədə problemi olduğuna görə komanda ilə birgə hazırlaşmır. Fərdi məşqlər edən təcrübəli legionerin oynayıb-oynamayacağı sual altındadır. Böyük ehtimalla Şikov da qraşıdakı matça hazır olmayacaq.







































































