1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hafiz Məmmədovun keçmiş klubunun futbolçusu dinə görə karyerasını bitirdi
İngiltərənin "Şeffild Uensdey" klubunun futbolçusu Jeremi Helan dinlə məşğul olmaqdan ötrü karyerasını başa vurub.
Sportnet.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq yarımmüdafiəçisi bu qərarı 24 yaşında qəbul edib.
Dini əqidəcə müsəlman sayılan Helan Səudiyyə Ərəbistanına yollanaraq, ibadətlə məşğul olmaq niyyətindədir.
Qeyd edək ki, Jeremi Helan 2009-cu ildə "Renn" akademiyasından "Mançester Siti" akademiyasına keçib və o vaxtdan icarə əsasında "Karlayl Yunayted", "Şrusberi" və "Vulverhempton" kimi klublarda da forma geyinib. "Şefffild Uensdey"in səhmlərinə 2 il öncə azərbaycanlı iş adamı Hafiz Məmmədov sahib çıxmaq istəsə də, anlaşma onun lazımi məbləğdə vəsaiti ödəyə bilməməsi üzündən pozulub.