1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əzmkar “İnter”, qisasçı Rauf Əliyev
Mehman Süleymanov
İkiqat Azərbaycan çempionu olan "İnter”. Bu çempionatın hələ ki məğlubiyyət görməyən iki iştirakçısından biri, elə uduzmayan "Qəbələ”dən yeganə xal alan komanda. Hazırda 2-ci pillədə olan Zaur Svanadzenin yetirmələri hələ mövsüm öncəsi diqqətimi çəkmişdi. İlk növbədə ona görə ki, yay "transfer bazarı”nda ən fəal komanda məhz "bankirlər” oldu.
Yenilənən "İnter”i yeni oyun dəst-xətti ilə bu mövsüm mükafatlara əsas iddialılardan biri saymaq olar. Əslində, bu komanda demək olar hər çempionatda medallara, avrokuboklara vəsiqəyə əsas namizədlərdən olub. Ancaq bu dəfə "bankirlər”in 6 ildir həsrət qaldıqları çempionluğa da əsas iddiaçılardan sayardım. Hər halda, buna əsas namizədlər olan "Qarabağ”la "Qəbələ”yə bu mövsüm əsas başağrısı məhz "İnter” olacaq.
Statisktika da bunu deyir. "Qarabağ”la yeganə məğlubiyyətini bu komandadan elə startdaca alıb. "Qəbələ” isə evdə bu rəqiblə xalları yarı bölməli olub. Yeri gəlmişkən, məhz "İnter”in axırıncı çempionluğundan sonra qızıl medallar 3 ardıcıl 3 il əvvəl "Neftçi”, sonra "Qarabağ”a qismət oldu.
"İnter”ın çıxışında bu mövsüm əsas diqqətimi çəkən göstədiyi əzmkarlıqdır. Bunu "İnter Arena” elə "Qarabağ” və "Neftçi” ilə matçlarda gömüşük. Birində Ruslan Abışovun, digərində Rauf Əliyevin ikinci hissədə dublu ilə 2:1 hesablı qələbə qzaanıblar. Yeri gəlmişkən, Zaur Svanadzenin komandasının hər 3 qələbəsi məhz bu hesabla olub. Düzdür, "Sumqayıt”la səfər matçında əzmkar qələbə olmasa belə. "İnter”in öz meydanında hər 3 oyunda əzmkarlıq göstərib. Çünki "Kəpəz”lə 1:0 hesabı ilə irəli olduğu qarşılaşmada hesabda geri düşən 90-ci dəqiqədə yenə Ruslan Abışovun qolu ilə əzmkarlıq göstərib, əzmkar heç-heçəyə nail olub.
Əlbəttə, əzmkarlıq xüsusilə iddialı komandalar üçün yaxşı əlamətdir. Bu, ilk növbədə mübarizliyi göstərir. Ancaq digər tərəfdən, komandanın buna nə qədər gücü çatacaq? Hər qələbəni cırmaq-cırmaq qazanmaq da yaxşı cəhət deyil. Əzmkar qələbə həm də o deməkdir ki, həm oyunda qol buraxıb hesabda geri düşürsən. "Bankirlər” yalnız 1 dəfə "Qəbələ” ilə matda qapısında top görməyiblər. Qalan 4 oyunda 5 qol buraxmaq hər matça 1 qoldan artıq düşmək deməkdir. Müqayisə üçün bildirək ki, 8-ci pillədə qərarlaşan "Sumqayıt” da "İnter” qədər qol buraxıb.
"Bankirlər" əzmkarlığı Azərbaycan kubokunda göstərsə, daha yaxşıdır. Axı kubok tipli yarışlar əzmkarlığı çox sevir. Üstəlik, "İnter" hələ də ölkə kubokunu qazanmayıb, iştirak etdiyi 4 finalın hamısında uduzub.
"İnter” əzmkardırsa, onun əsas qol ümidlərindən olan Rauf Əliyevi qisasçı futbolçu adlandırmaq olar. Çünki təcrübəli hücumçu öz keçmiş komandalarını cəzalandırmaqla onlardan intiqamını alır. Sonuncu elə "Neftçi” matçda olub. Həmin "Neftçi” ki 4-5 ay şərəfini qoruduğu Raufu məhz "İnter”ə onun stadionunda 0:4 hesabı ilə uduzduğu, penaltini dəqiqə vura bilmədyi matçdan sonra qovmuşdu. Əliyevə "İnter”də ilk dublunu heyətində qol vura bilmədiyi "Neftçi” ilə oyunda reallaşdırmaq qismət imiş.
Rauf "İnter”in heyətində çempionatda ilk qolunu məhz "İnter Arena”da keçmiş komandasına vurub. Maraqlıdır ki, ötən çempionatda mayın 11-də həmin matçda da "İnter” 2:1 hesabı ilə qalib gəlib.
Əliyev bundan öncə çempionatda son qolunu isə "Xəzər Lənkəran”ın heyətində keçmiş komandasına vurmuşdu. Bu, 2014-cü ilin oktyabrın 16-da "Qarabağ”ın heyətində Tofiq Bəhramov adına Respublika stadionunda "Qaeabağ”ə 2:3 hesabı ilə uduzduqları matç idi.
Əliyev 2013-cü ilin dekabrın 12-də isə "Bakı”nın heyətində "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri ev matçında qələbə topunun müəllifi olub. Bu da 2:1. \
Göründüyü kimi, "İnter” əzmkar, Rau isə qisasçı kimi adlarından söz etdirirlər. Ona görə də "bankirlər”lə hesabda irəli olanlar ilə Əliyevin keçmiş komandaları özlərini gözləsinlər...