Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubu II Bundesliqada növbəti oyununu kçeirib. Sportnet.az-ın məumatına görə, komanda 6-cı turda Bielefeldin "Arminiya" klubu ilə evdə 1:1 hesablı heç-heçə edib.
"Aue" qarşılaşmanın 42-cü dəqiqəsində hücumçusu Paskal Kopkenin vurduğun qolla hesabı aşda da, fasilədən az sonra qapısında top görüb. Nazarov bu oyunu ehtiyatda keçirib.
"Aue" 6 oyundan 7 xalla turnir cədvəlində 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.