Azərbaycan ardıcıl 2-ci ildir iştirak etdiyi UEFA Gənclər Liqası Çempionlar yolunda qolsuzluq sindromu ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimiz hələ də rəqib qapısına yol tapa bilməyiblər.
Ötən mövsüm "Rəvan", indisə "Qəbələ"nin U-19 komandası qol vura bilmir. Özü də problemlər Rusiya, daha doğrusu paytaxt təmsilçiləri ilə qarşılaşmalardadır. Belə ki, Moskva "Spartak"ı "Rəvan"a evdə 4:0 hesabı ilə yendi, səfərdə qolsuz heç-heçə etdi. Bu dəfə rəqib olan Moskva "Dinmao"su "Qəbələ"ni onun meydanında 2:0 hesabı ilə məğlub etdi.
Göründüyü kimi, klublarımız 3 oyundur çıxış etdikləri yarışda hələ qol üzünə həsrət qalıblar. Bu matçlarda qazanılan 1 xal isə qolsuz olub və daha çox təsəlli xatakteri daşıyıb.
Xatırlıadaq ki, "Qəbələ" "Dinamo" ilə Moskvadakı cavab matçını oktyabrın 19-da keçirəcək.